Ermənistanda daha 350 nəfər koronavirusa yoluxdu

  • By admin
  • 09 İyun 2020 12:55

Ermənistanda koronavirusa yoluxanların sayı 13 675 nəfərə çatıb.

Gununsesi.org bildirir ki, son sutka ərzində 350 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 6 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 217 nəfər koronavirusdan ölüb, 8 933 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Gununsesi.org