Ermənistanda Çiçəklənən Ermənistan Partiyasından olan sabiq millət vəkili Abraam Manukyan həbs edilib.
Gununsesi.org xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb. Məlumata görə, Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Qor Abramyan Feysbuk hesabında millət vəkilinin seçicilərə rüşvət verməkdə ittiham edildiyini bildirib. Onun İrəvan Şəhər Ümumi Məhkəməsi tərəfindən həbs edildiyini qeyd edib.
Abramyan millət vəkilinin 2 aprel 2017-ci ildə keçirilən parlament seçkilərində seçicilərə rüşvət verməsi iddiasının öz təsdiqini tapdığını və Manukyanın 5 il müddətində azadlıqdan mərhum edilə biləcəyini qeyd edib.
Gununsesi.org