Ermənistanda daşqınlar səbəbindən bir nəfər ölüb

Ermənistanın şimalında daşqınlar nəticəsində azı bir nəfər ölüb, binalar və infrastruktur dağılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Qeyd edək ki, bu gün Ermənistan Yol Departamenti Debed çayının daşması nəticəsində yaranmış daşqın səbəbindən Ermənistandan Gürcüstana gedən avtomobil yollarından birinin bağlandığını elan edib.

Gununsesi.info