
Ermənistanın Milli Təhlükəsizlik Xidməti dövlət qurumlarının binalarını ələ keçirməyi və partlatmağı planlaşdıran cinayətkar dəstənin üzvlərini saxlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Bildirilir ki, 5 nəfər və şəxsiyyəti hələ təyin edilməyən bir neçə şəxs 2023-cü il ərzində terror aktlarına hazırlıqla məşğul olub.
Məlumata görə, onlar partlayışlar törədərək dövlət orqanlarının işinə mane olmaq istəyib.
Gununsesi.info