Ermənistanda hərəkat sədri həbs edildi

İrəvanda vəkil, “Azadlıq Hərəkatı”nın həmtəsisçisi Ara Zöhrabyan həbs edilib. 

Gununsesi.info erməni KİV-lərinə istinadla xəbər verir ki, Ara Zohrabyanla yanaşı, daha bir neçə hüquqşünas və ictimai fəalın qolları qandallanıb.

HTML tutorial

Vəkillər Palatasının əməkdaşı Astqik Qorqyan öz “Facebook” səhifəsində faktı təsdiqləyib.

Onların baş nazir Nikol Paşinyanın əleyhinə şüarlar və fikirlər səsləndirdiyi üçün həbs edildiyi güman olunur.

Gununsesi.info