Ermənistanda hərbçi əsgər yoldaşını öldürüb intihar etdi

Ermənistanda hərbi hissələrin birində iki əsgərin cəsədi aşkar olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Ölkənin İstintaq Komitəsinin məlumatına görə, hərbçilərdən biri “AK-74” silahı ilə əsgər yoldaşını güllələyib və daha sonra intihar edib.

Faktla bağlı araşdırma başlanılıb.

 

Gununsesi.info