
Ermənistanda hərbi qulluqçulardan birinin meyiti tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.
Hərbçi Andranik Ohanyanın cəsədi martın 8-i aşkar edilib. Hazırda insidentin detalları araşdırılır.
14:32
Ermənistanın İstintaq Komitəsinin məlumatına görə, Ohanyanın cəsədi meşədə ağacdan asılmış vəziyyətdə tapılıb.
Hadisə ilə bağlı araşdırma başladılıb. Sözügedən hərbçinin xidmət etdiyi hərbi hissənin əsgərləri və zabitləri dindirilib.
Gununsesi.info