
Ermənistanda tərxis olunmuş hərbçiləri daşıyan avtomobil qəzaya düşüb.
Gununsesi.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə Sünik vilayətində qeydə alınıb.
Qorayk kəndində baş verən hadisə nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb. Ölənlərdən biri sürücü, digəri isə sərnişin olub.
Qəzanın səbəbləri açıqlanmayıb.
Gununsesi.info