Erməni parlamentinin deputatları hərbi çağırışçılar üçün 5 variant hazırlayıblar.
Gununsesi.info erməni mətbuatına istinadən xəbər verir ki, qanun layihəsinin müzakirəsindən sonra sənəd birinci oxunuşda qəbul edilib.
Qanun layihə hərbi çağırışla bağlı aşağıdakıları nəzərdə tutur:
2 il xidmət etmək
1 il xidmət edib dövlət büdcəsinə 2,5 milyon dram (6,2 min dollar) ödəmək
6 ay + 5 milyon dram (12,4 min dollar)
1 ay + 10 milyon dram (24,9 min dollar)
heç xidmət etməmək + 15 milyon dram (37,5 min dollar)
“Mülki müqavilə” fraksiyasının deputatı Hayk Sarkisyanın hazırladığı layihə hərbi xidmətdən yayındığına görə cinayət məsuliyyətinə cəlb olunan vətəndaşlara aiddir. 27 ildən sonra onlar Ermənistana qayıda və təqiblərdən azad ola bilərlər.
Gununsesi.info