
Ermənistanın Azərbaycanla sərhəd Sünik vilayətində “QAZ-66” markalı hərbi yük avtomobilinin iştirakı ilə qəza baş verib.
“Gununsesi.info” Virtualaz.org-a istinadən xəbər verir ki, qəza nəticəsində avtomobil aşıb və 11 əsgər yaralanıb.
Yaralılar Qafandakı tibb mərkəzinə aparılıb. Onların vəziyyətinin ağır olmadığı bildirilir.