
Ermənistanda 2020-ci il sentyabrın 27-də – İkinci Qarabağ müharibəsi başlayan gündən tətbiq edilən hərbi vəziyyət rejimi ləğv edilib.
Gununsesi.info xəbər verir ki, bununla bağlı məsələ Ermənistan parlamentinin martın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb.
Hərbi vəziyyət rejiminin ləğv edilməsi ilə bağlı layihəni 118 deputat dəstəkləyib, 1 deputat əleyhinə, 1-i isə bitərəf səs verib.
Gununsesi.info