Ermənistanda hərbi xidmətə çağırış yaşının son həddi artırıla bilər

Ermənistanda hakim partiyanın deputatı Hayk Sarkisyan hərbi xidmət yaşı ilə bağlı təklif verib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

 

Belə ki, təklif hərbi xidmətə çağırış yaşının son həddi ilə bağlıdır. Deputat hərbi xidmətə çağırış yaşının son həddinin artırılmasını təklif edib.

 

Erməni deputat keçirdiyi brifinqdə bəyan edib ki, ölkədə sözügedən hədd çox aşağıdır. H.Sarkisyan müxtəlif ölkələrlə müqayisələr aparıb.

 

Gununsesi.info