Ermənistanda hakimiyyət çevrilişi cəhdi: 8 nəfər saxlanıldı

  • By admin
  • 25 Sentyabr 2023 11:13
irəvan aksiya

Ermənistanda hakimiyyəti zorla ələ keçirməyə cəhd və baş nazirə və hökumət üzvlərinə sui-qəsddə şübhəli bilinən 8 nəfər saxlanılıb.

Gununsesi.info xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin “Armenpress”ə verdiyi məlumata görə, ibtidai istintaq zamanı aparılmış sübut və digər istehsalat hərəkətləri nəticəsində məlum olub ki, “Səlibçilər” hərbi-vətənpərvərlik cəmiyyətinin üzvləri bir-biri ilə əvvəlcədən razılaşdırılaraq onların əlində olan silah və sursatlardan cinayət silahı kimi istifadə etməklə hökumətin səlahiyyətlərini ələ keçirməyə cəhd ediblər.

Saxlanılan şəxslərin Konstitusiyada nəzərdə tutulmayan qaydada hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdıqları müəyyən edilib.

Baxış zamanı odlu silahlar, silah-sursat, pnevmatik tapançalar, gülləkeçirməz jiletlər, telekommunikasiya vasitələri, kompüterlər, içərisində müxtəlif qeydlər və sənədlər olan dəftərlər aşkar edilib.

Erməni mətbuatında yayılan xəbərlərdə qeyd edilir ki, saxlanılanlar arasında Ermənistanın baş naziri Nikol Paşinyanın həyatına qəsddə ittiham olunan “Erkrap” könüllü birliyinin keçmiş sədr müavini Albert Bazeyan da var.

Saxlanılan şəxslərlə bağlı istintaq davam edir.

Səid Əhmədli
Gununsesi.info