Ermənistanda hökumət evi mühasirəyə alınıb

  • By admin
  • 17 Aprel 2018 18:41

Bir qrup etirazçı Respublika meydanında Hökumət binasının qabağıda oturaq aksiya keçirirlər.

Gununsesi.info  xəbər verir ki, bu barədə “News.am” yayıb.

Etriazçılar küçənin hərəkətli yerində oturaraq maşınların hərəkətinə maneə olurlar. Qeyd etmək lazımdır ki, Hökumət binasını polis dəstələri mühafizə edir.

Xatırladaq ki, etirazçılar artıq paytaxt Yerevan da daxil bir neçə şəhərdə onlarla dövlət müəssisələrini mühasirəyə alıb.

Gununsesi.info