Ermənistanda koronavirus və qızılca tüğyan edir

  • By ilhame
  • 30 İyun 2024 16:53

Son iki həftə ərzində Ermənistanda koronavirusa yoluxanların sayında artım qeydə alınıb.

 

Gununsesi.info xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

 

“Son 14 gün ərzində COVID-19-a yoluxma hallarında artım müşahidə olunub. 109 (hər 100 min nəfərə 3,7) hadisə qeydə alınıb”, – deyə Səhiyyə Nazirliyi bildirib.

 

Eyni zamanda, qızılca ilə bağlı vəziyyət narahatlıq doğurur. İyunun sonuna 486 yoluxma faktı qeydə alınıb ki, onlardan da 287-si 18 yaşa qədər olan şəxslərdir.

Gununsesi.info