Ermənistanın iqtisadiyyat nazirinin müavini Ani İspiryan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılıb.
Gununsesi.info NEWS.am-a istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat nazirinin mətbuat katibi Astgik Sarkisyan bildirib.
O, əlavə edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının onu hansı statusda apardığı məlum deyil:
“Faktla bağlı araşdırmalar aparılır. Biz korrupsiyaya qarşı mübarizəni son dərəcə vacib hesab edirik, lakin təqsirsizlik prezumpsiyasını rəhbər tuturuq”.
Xatırladaq ki, daha əvvəl Ermənistan İqtisadiyyat Nazirliyi istintaq hərəkətlərinin aparıldığını bildirmişdi.
Qeyd edək ki, erməni KİV Ermənistanın iqtisadiyyat nazirinin müavini Ani İspiryan və digər şəxslərin həbsi ilə bağlı məlumat yayıb.
Gununsesi.info