Ermənistanda seçici fəallığı ilə bağlı statistika AÇIQLANDI

  • Müəllif: Firuzə
  • 07 İyun 2026 22:38

Ermənistanda başa çatan parlament seçkilərində seçici fəallığı ilə bağlı rəsmi statistika açıqlanıb.

Gununsesi.info xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səsvermə hüququ olan 2 milyon 503 min 976 vətəndaşdan 1 milyon 476 min 597-si seçkilərdə iştirak edib.

Bu göstərici ilə Ermənistanda ümumi seçici fəallığı 58,97% təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin iyun ayında keçirilən əvvəlki parlament seçkilərində seçici fəallığı 49,4 faiz olmuşdu.

Gununsesi.info