Ermənistanda siyasi çat: Şuşanı geri istəməyi iddia edən nazir Ayvazyana Paşinyandan tarixi cavab

  • By admin
  • 21 Yanvar 2021 11:21

Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşaya sahiblik üstündə mübahisə ediblər. 

 

Gununsesi.org Musavat.com-a istindla xəbər verir ki, bu barədə erməni mediası xəbər verib.

Belə ki, “bu gün baş verənləri təsvir etmək üçün söz tapmaq çətindir”, – deyə, erməni müəllif Bagramyan özünün telegram səhifəsində yazır.

Sitat: “Günortadan sonra Xarici İşlər naziri Ara Ayvazyan bəyan edir: “Şuşi (Şuşa -red.) bir erməni mədəniyyət mərkəzidir. Kimin nə elan etməsindən asılı olmayaraq, Şuşinin türk mədəniyyət mərkəzi ola biləcəyi ilə razılaşmırıq”.

Bir neçə saat sonra Baş nazir Paşinyan parlamentdə çıxış edərək deyir: “Əhalisinin 90%-dən çoxunun azərbaycanlı olduğu Şuşinin (Şuşa!) öz statusuna görə erməni olduğunumu söyləmək istəyirsiniz?”

Davam edən fikir ayrılıqları fonunda Şuşa polemikası erməni siyasətini ikiyə bölmüş durumdadır.

Qeyd edək ki, Azərbaycan dövləti ikinci Qarabağ savaşı zamanı erməni işğalında olan Şuşa şəhərini 8 noyabrda düşmən tapdağından azad etmişdi. BTəkcə Şuşa deyil, bütövlükdə Qarabağ ərazisi həm tarixən, həm də dünya və BMT tərəfindən əzəli Azərbaycan torpaqları kimi tanınır.

Gununsesi.org