Ermənistanda siyasi zəlzələ: 3 nazir müavini işdən qovuldu

  • By admin
  • 09 İyun 2016 15:28

Ovik Abramyan

Ermənistanın baş naziri Ovik Abramyan hökumətdə yer alan üç nəfər məsul şəxsi tutduğu vəzifəsindən azad edib. Gununsesi.info-nun məlumatına görə, bu haqda erməni mətbuatı məlumat yayıb. Ovik Abramyanın qərarı ilə vəzifəsindən çıxarılanlar kənd təsərrüfatı nazirinin birinci müavini Qrişa Baqinyan və nazirinin digər müavinləri Samvel Qalstyan və Qarnik Petrosyandır. Ermənistan hökumətinin mətbuat xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, bundan əvvəl Ermənistan polisində və ordusunda da yüksək vəzifə tutan bir sıra şəxslər postundan uzaqlaşdırılıb, hətta həbs edilənlər də var.

Gülnaz Qənbərli