Ermənistanda Türkiyə vətəndaşları saxlanıldı- VİDEO

Ermənistan Ararat Vilayətinin Vedi şəhərində bir neçə turist saxlanılıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.

HTML tutorial

Bildirilib ki, meydanların birində şəhərin qonaqları ilə sakinlər arasında mübahisə yaranıb.

Mübahisənin bəzi iştirakçıları şöbəyə aparılıb, materiallar isə İstintaq Komitəsinə təhvil verilib.

İstintaq Komitəsi şöbəyə gətirilənlərin Türkiyə vətəndaşları olduğunu təsdiqləyib.

Qeyd edilib ki, daha əvvəl mediada hadisə yerindən olduğu iddia edilən görüntülər və türk turistlərin Vedidə erməniləri təhqir etməsi, spirtli içki qəbul etməsi və Türkiyə bayrağını qaldırmağa cəhd etməsi barədə məlumatlar yayılıb.

Gununsesi.info