“Ermənistanda idarəetmə üsulu dəyişsə də, siyasi idarəetmə sistemi dəyişmədiyindən, bundan sonra ölkədə hansısa ciddi dəyişikliklərədn və yaxud islahatlardan danışmağa dəyməz”.
Bunu Gununsesi.info-ya açılamasında deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, yaxın günlərdə Serj Sərkisyan baş nazir postunu zəbt edəcək. “Serj Sərkisyan baş nazir olduqdan sonra Ermənistandakı acınacaqlı, ağır sosial-iqtisadi durum, daha da böhranlı vəziyyətə düşəcək. Bir gün Serj Sərkisyan Ermənistanın defoltla üzləşdiyini bəyan etmək zorunda qalacaq”- deyə, E.Nəsirov vurğualyıb.
Deputat əlavə edib ki, bunun nəticəsində ölkədən kütləvi axın daha da sürətlənəcək:
“Ermənistanın özünütəcrid siyasəti daha da dərinləşəcək, əhalinin yoxsulluq səviyyəsi fəalkətli vəziyyətə düşəcək”.
E.Nəsirov deyib ki, bu gün ölkəni gözləyəcək durum hamını narahat etməkdədir: “Təkcə erməni müxalifəti deyil, ziyalılar, analitiklər, ekspertlər, beyin mərkəzləri Serj Sərkisyanın hakimiyyətində olacağı növbəti dönəmdə ölkəni hansı acınaqlı vəziyət gözləyir və indidən onu görürlər. Onlar belə bir fikri də açıq formada bəyan etməkdədirlər ki, yaranmış vəziyyət Azərbaycanın xeyrinə işləyir”.
Deputat onu da bildirib ki, Serj Sərkisyan gələcək hakimiyyətdə mövqeyini möhkəmlətmək üçün Təhlükəsizlik Şurasının tərkibinə ölkənin prezidenti və parlament spikerini salmayacaq: “Bu yolla o, mütləqi hakim olmağa çalışacaq. O, lazım gələndə, ölkədə vəziyyət gərginləşəndə məsuliyyəti prezidentin üzərinə atacaq, ən kiçik uğuru isə öz adına çıxacaq. Odur ki, Serj Sərkisyanən bu siyasi şousunu artıq hamı aydın şəkildə görməyə və anlamağa başladığından ölkənin gələcəyindən ciddi narahatçılıq keçirirlər”.
Mürtəza
Gununsesi.info