Ermənistanda yas mərasimində atışma - 4 NƏFƏR ÖLDÜ, 8 NƏFƏR YARALANDI (YENİLƏNİB)

  • By Mayil
  • 01 Avqust 2017 16:45
atisma
Şamiram kəndindəki qəbirstanlıqda baş verən qanlı olayın detalları bəlli olub. Ölən və yaralıların sayı artıb
Gununsesi.info news.am-a istinadən xəbər verir ki, hadisə Ermənistanın Şamiram kəndindəki qəbristanlıqda yas mərasimində qanlı olayın bəzi detalları bəlli olub. Hadisə nəticəsində 4 nəfər kişi dünyasını dəyişib. Onlar  Amo Xudoyan, Zoro Uzmanyan, Aqasi Kaloyan və Amro Uzmanyandır.
Hadisə zamanı isə 8 nəfər yaralanıb.
Hadisə şahidiTosun Kalaşyanın sözlərinə görə, hadisə törədən şəxs “Niva” maşınında gəlib və o mərasim zalına girərək heç bir söz demədən atəş açmağa başlayıb: “Hadisə elə ani məqamda baş verdi ki, biz özümüz nə baş verdiyini anlaya bilmədik”.
Hadisənin bir yezidi kürd tərəfindən törədildiyi bildirilir. O orta yaşlarında olub. Qanlı hadisənin törənməsinin səbəbi pul olub.  Şahidlər hesab edir ki, kənd sakinləri mütəmadi olaraq qazanc arxasınca Rusiyaya gediblər və hadisəni törətməkdə şübhəli bilinən şəxs  mərasimdə iştriak edən şəxsdən dəfələrlə ona verdiyi pulu istəsə də, ala bilməyib. O da mərasim zalına girərək haqq-hesabı belə “çürütmək” qərarına gəlib.
Gununsesi.info