Ermənistanda yüksək vəzifəli məmur öz istəyi ilə istefa verdi

  • By admin
  • 04 İyun 2020 20:55

Ermənistan Dövlət Gəlirlər Komitəsinin sədri David Ananyan istefa verib.

Gununsesi.org “Report”a istinadən bildirir ki, o, işdən çıxmaqla bağlı qərarını “Facebook” səhifəsində elan edib.

“KİV-də yayılan çoxsaylı şayiələrin qarşısını almaq üçün Ermənistan baş nazirinə tutduğum vəzifədən azad edilməklə bağlı ərizə yazmışam”, – D.Ananyan bildirib.

O, bu vəzifədə iki ildən artıqdır fəaliyyət göstərirdi.

D.Ananyan istefasının səbəbini açıqlamayıb.

Gununsesi.org