“Ermənistandan mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb edirik” - RAŞİDA DATİ

  • By admin
  • 06 İyul 2017 12:12

rachida-dati

Avropa Parlamentinin üzvü, Fransa Senatının deputatı Raşida Dati Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun artilleriya atəşi nəticəsində dinc sakinlərin ölməsi ilə bağlı bəyanat verib.

Gununsesi.info xəbər verir ki, Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyevanın APA-ya verdiyi məlumata görə, bəyanatda əvvəlcə qurbanların ailə üzvlərinə dərin hüznlə başsağlığı verilir.

Bəyanatda deyilir ki, günahsız insanların öldürülməsi, qeyri-insani aktlar dayandırılmalıdır: “Münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalıdır. Zorakılıq heç vaxt həll yolu ola bilməz. ATƏT-in Minsk Qrupu tərəflərdən hərbi aktları dayandırmağı tələb edir. ATƏT-dən mülki əhalinin müdafiəsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünə riayət edilməsi istiqamətində daha konkret öhdəlik götürməsini tələb edirik. Ermənistandan əsassız və qeyri-qanuni siyasi tələblər üçün mülki əhalini hədəfə almağı tez bir zamanda dayandırmağı tələb edirik”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

Gununsesi.info