Ermənistandan yeni etiraf: yaralıların sayı 20-yə çatdı

  • By arzu
  • 16 İyul 2020
Azərbaycan Ordusunun sərhədin Tovuz rayonu istiqamətində həyata keçirdiyi cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin daha 10 hərbçisi yaralanıb.
 
Gununsesi.org Report-a istinadən xəbər verir ki, məlumatı “newsarmenia.am” agentliyi yayıb.
Beləliklə, Ermənistan silahlı qüvvələrinin yaralı hərbçilərinin sayı 20-yə çatıb.
Onlardan birinin vəziyyəti çox ağır qiymətləndirilir.
Qeyd edək ki, daha öncə Ermənistan Müdafiə Nazirliyi indiyədək 4 hərbçisini itirdiyini, 10 nəfərin isə yaralandığını açıqlamışdı.

Gununsesi.org