
“Fransa sülh müqaviləsinin bağlanması prosesinə qarışmalı deyil. Fransa prezidenti Makron ötən çıxışında bildirdi ki, Ermənistan baş naziri Nikol Paşinyandan daha çox Azərbaycan prezidentinə təsir göstərir. Bu nə deməkdir? Sülh tərəfdarı olan ölkənin başçısının belə çıxışı sadəcə sülhə mane ola bilər. Belə olarsa, sülh müqaviləsinin bağlanmasından söhbət gedə bilməz”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyasının iclasında deputat Siyavuş Novruzov səsləndirib.
“Fransa Ermənistanı özündən daha çox qoruyur. Qardaş, Ermənistanı istəyirsənsə, gəl, götür, özünə birləşdir. İmkan ver, öz məsələmizi özümüz həll edək. Ədalətli sülh istəyirik, ciddi danışıqlar gedir. Amerika, digər Avropa ölkələri, Türkiyə dəstək verir. Hesab edəriəm ki, Azərbaycan hökumətinin Fransaya qarşı sərt mövqeyi olmalıdır. Azərbaycan XİN qəti şəkildə bildirməlidir ki, Fransanın qoşulduğu sülh prosesinə Azərbaycan qoşulmayacaq”, – deputat vurğulayıb.
Gununsesi.info