“Ermənistanın ərazilərimizə mina yerləşdirməsi pislənilməlidir” -Ceyhun Bayramov

  • By admin
  • 08 Oktyabr 2022 21:26

Ermənistanın Azərbaycan ərazilərində mina yerləşdirməsi pislənilməlidir.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviter hesabında yazıb.

“Mina partlayışı nəticəsində daha 2 azərbaycanlı mülki şəxs ağır yaralanıb. Müharibə bitdikdən sonra 259 nəfər qurban olub. Ermənistanın Azərbaycan ərazilərində qəsdən və davamlı olaraq mina qoymasına baxılmalı və pislənilməlidir! Minalara son”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Gununsesi.info