“İşğal altında olan ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin əsas hərbi infrastrukturu, logistika sistemlərinə çox ciddi zərbələr vurulub”.
Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Vətəndaşlar bilməlidir ki, 30 il ərzində Ermənistan işğal olunmuş ərazilərimizdə hərbi infrastruktur, istehkam sistemləri qurlub. Bu bazaların qısa müddət ərzində sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin müqavimətinin sıradan çıxarılması deməkdir”, – o, əlavə edib.
Gununsesi.info