Əməkdaşımız bir ailənin 5 üzvünün həlak olduğu kənddə - REPORTAJ / FOTOLAR

  • By arzu
  • 28 Sentyabr 2020 14:36

Xəbər verdiyimiz kimi erməni silahlı qüvvələrinin Azərbaycana təxribatı nəticəsində Naftalan rayonun Qaşaltı kəndində  1 ailənin 5 üzvü həlak olub.

Gununsesi.info-nun əməkdaşı erməni hərbçilərinin top zərbələri ilə hücuma məruz qalan Qaşaltı kəndində olub.

Əməkdaşımızın verdiyi xəbərə görə, Qaşaltı kəndi ciddi şəkildə hücuma məruz qalıb. Mülki əhalinin yaşadığı evlər, məktəblər, uşaq bağçaları, tibb məntəqəsi və poçt şöbəsi mərmi zərbələrinə tuş gəlib.

Əməkdaşımız onu da öyrənib ki, həlak olan 2 məktəblinin atası hərbi qulluqçudur.

Kənd sakinlərinin verdiyi məlumata görə, hərbçimiz ailə üzvlərinin həlak olmasını həmin kənddə döyüşdə olarkən öyrənib.

Həlak olmuş şəxslər kənd sakiləri tərəfindən bu gün səhər saatlarında dəfn olunub.

Onu da qeyd edək ki, kəndin davamlı ağır artilleriyadan atəşə tutulmasına baxmayaraq, kənd sakinləri öz gündəlik həyatlarına davam edir.

Cəbhə xəttində daha ətraflı xəbərləri gün ərzində təqdim etməyə çalışacağıq.

 

 

Pərviz Həşimli,

Naftalan, Qaşaltı

Gununsesi.org