
Ermənistanın Azərbaycana vurduğu zərərlərin yekun məbləği açıqlanıb.
Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi qrupundan Gununsesi.info-ya verilən məlumata görə, İşçi qrupu tərəfindən aparılan qiymətləndirmə işlərinin nəticələrinə əsasən Ermənistanın ölkəmizə vurduğu zərərlərin yekun məbləği 819,15 milyard ABŞ dolları həcmindədir.
S/s | İtki və tələfatların növləri | Dəymiş zərərin məbləği (mlrd. ABŞ dolları) |
1. | Əhaliyə dəymiş zərərlər: | 147,80 |
1.1. Əhalinin tələf olma, sağlamlığın və normal yaşayışın səviyyəsinin itirilməsi hesabına humanitar-mənəvi itkilər | 140,40 | |
1.2 Əmlakının məhv edilməsi nəticəsində əhaliyə dəymiş maddi zərərlər | 7.40 | |
2. | Dövlətə dəymiş zərərlər: | 126,46 |
2.1. Sosial sahədə dəymiş zərərlər | 33,93 | |
2.2. İqtisadi sahədə dəymiş zərərlər | 92,53 | |
3. | Ətraf mühit və təbii sərvətlər üzrə itkilər | 244,42 |
4. | Tarixi və mədəniyyət abidələrinə dəymiş zərərlər | 177,00 |
5. | İşğalla bağlı izafi hərbi xərclər, məhdudiyyətlər və itkilər | 124,47 |
İşçi qrupunun qiymətləndirmə fəaliyyətinə dair yekun hesabat hazırlanaraq aidiyyəti orqanlara təqdim olunacaq.
Gununsesi.info