
Ermənistan polis idarəsinin rəis müavini Vardan Yegiazaryanın Belarusa səfəri ləğv olunub.
Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə baş nazir Karen Karapetyan qərar verib.
Yegiazaryan martın 2-5-də Belarus polisinin 100 illiyi ilə bağlı Minskə ezam olunmalı idi. Səfərin təxirə salınması çox güman ki, bloqqer Aleksandr Lapşinin Belarusdan Bakıya ekstradisiyası ilə bağlıdır.
Gununsesi.info