Ermənistanın Baş prokuroru istefa verir

  • By admin
  • 24 Yanvar 2022 11:14

Ermənistanın Baş prokuroru Artur Davtyan istefa vermək qərarına gəlib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, səlahiyyət müddəti sentyabrda bitməli olan Artur Davtyanı əvəzləyəcək şəxs axtarılır.

Qeyd edilib ki, Baş prokuror Baş nazir Nikol Paşinyana onu İrəvan Dövlət Universitetinin hüquq fakültəsinin dekanı təyin etməyi təklif edib. Lakin Baş Prokurorluq bunun həqiqətəuyğun olmadığını açıqlayıb.

Gununsesi.info