
Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan Gorus-Qafan yolunda yaranmış vəziyyətə toxunub.
Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, yolda vəziyyətin təhlükəsiz olduğunu əlavə edib.
“Mən şəxsən Gorus-Qafan yolu ilə getmişəm, hər şey normaldır. Mən təhlükəsizlik haqqında bütöv mühazirə oxuya bilərəm…və öz sahəmə aid bütün suallara cavab verdim” – deyə Davtyan söyləyib.
O, yolun təhlükəli olması ilə bağlı mətbuatda yer alan xəbərləri də əsassız adlandırıb.
Gununsesi.info