Ermənistanın bu məlumatı yalandır - MÜDAFİƏ NAZİRLİYİ

  • By admin
  • 13 Sentyabr 2023 09:23

Sentyabrın 13-ü saat 03:40 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

 

Bu barədə Gununsesi.info-ya  Azərbaycanın Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

 

“Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən bildirilib.