Ermənistan Dövlət Gəlirləri Komitəsinin bir qrup məmuru 8 milyon dram (təxminən 20 min ABŞ dolları) məbləğində rüşvət tələb etməkdə ittiham olunur.
Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
İlkin istintaqla müəyyən edilib ki, baş vergi müfəttişləri V.A. və A.K. Armavir rayonunda uşaq bağçasında aparılan əsaslı təmir işlərinə baxış zamanı 9 nəfər qeydiyyatdan keçməyən fəhlə, eləcə də tikinti şirkəti və onunla əlaqəli digər qurum tərəfindən vergi pozuntuları aşkarlayıblar.
Müfəttişlər ortaq şərik S.A.-nın sayəsində həmin şirkətlərin direktoru və direktor müavini ilə görüşərək, qeydiyyatda olmayan işçilər və vergi pozuntuları faktının qeydə alınmaması təklifi ilə 8 milyon dram rüşvət tələb edib. İki şirkətin direktoru və direktor müavini bununla razılaşıblar.
V.A. və A.K. Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi (xüsusilə külli miqdarda rüşvət alma) ilə ittiham ediliblər. S.A rüşvət almağa kömək etmə maddəsi ilə, daha bir nəfər xüsusən külli miqdarda rüşvət vermə maddəsi ilə ittiham olunurlar.
Üç təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri, bir nəfər barəsində isə ev dustaqlığı seçilib.
İbtidai istintaq yekunlaşıb, iş materialları ittiham aktı ilə birlikdə məhkəməyə göndərilib.
Gununsesi.info