Ermənistanın ekologiya nazirinin keçmiş müavini hökuməti məhkəməyə verib

  • By ilhame
  • 13 İyul 2024 20:42

Ermənistanın ekologiya nazirinin keçmiş müavini Qayane Qabrielyan hökuməti məhkəməyə verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan KİV-i “Datalex” məhkəmə informasiya portalına istinadən məlumat yayıb.

O, öz vəzifəsinə bərpa olunmasını və məcburi fasiləyə görə kompensasiya ödənilməsini tələb edir.

2024-cü il martın 21-də baş nazir Nikol Paşinyanın əmri ilə vəzifəsindən uzaqlaşdırılan Qabrielyan istefasının qanunsuz olduğunu təkid edir.

Gununsesi.info