
Ermənistan tərəfinin Gəncəni ağır artilleriya atəşinə tutması nəticəsində ilkin məlumata görə 4 nəfər mülki şəxs yaralanıb, bir nəfər ölüb.
Gununsesi.info bildirir ki, bu barədə efirdə AzTV-nin Gəncədə olan müxbiri məlumat verib.
Məlumatda qeyd olunub ki, Gəncənin Əziz Əliyev küçəsi atəşə tütülüb. Dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi istiqamətində tədbirlər görülür.
Gununsesi.info