
Ermənistanın Ararat vilayətində müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı maşınla “Opel” markalı avtomobil toqquşub.
Gununsesi.info-nun erməni KİV-ə istinadən xəbərinə görə, hadisə saat 14:30 radələrində Yerasxavan-Zanqakatun yolunda qeydə alınıb.
Qəza nəticəsində üç nəfər xəsarət alıb, onlar Ararat rayon xəstəxanasına yerləşdiriliblər.
Qeyd edilir ki, qəzaya səbəb “Opel” markalı avtomobilin sürücüsü olub.
Gununsesi.info