Ermənistanın minlərlə hərbçisi itkindir – Rusiyaya müraciət etdilər

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Humanitar Yardım Mərkəzinin “qaynar xətt”inə itkin düşən hərbçilərin axtarışı barədə 2,5 min müraciət daxil olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, axtarışlar sülhməramlıların iştirakı ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və Ermənistan tərəflərinin nümayəndələri ilə əməkdaşlıq çərçivəsində aparılır.

Qeyd edək ki, ötən gün Ermənistan Səhiyyə Nazirliyi Qarabağdan qalıqları çıxarılmış hərbçilərin üzərində 2 min DNT proseduru aparıldığını açıqlamışdı. 21 yanvar tarixinə qədər isə Ermənistan məhkəmə-tibbi ekspertiza mərkəzi Qarabağdakı müharibə zamanı həlak olan 3450 hərbçinin qalıqlarını araşdırıb.

Gununsesi.info