Ermənistan Respublikasının heç bir ölkədən ərazi iddiası yoxdur.
Gununsesi.info modern.az-a istinadən xəbər verir ki, bunu müdafiə naziri Suren Papikyan İctimai TV-nin efirində bildirib.
“Ermənistan Respublikasının heç bir ölkəyə qarşı ərazi iddiası yoxdur. Silahlı qüvvələrimizin məqsədi və missiyası Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü qorumaqdır. Bu, ordumuzun təməlində dayanan konsepsiyadır”, – deyən Papikyan ordunun missiyasına öz yanaşmasını dilə gətirib və mahiyyətcə dünən baş nazir Nikol Paşinyanın İctimai radioda söylədiyi fikri təkrarlayıb.
Gununsesi.info