Ermənistanın müdafiə naziri: “Orduda “dedovşina” halları mövcuddur”

  • By admin
  • 03 Fevral 2024 08:44

Ermənistanın müdafiə naziri Suren Papikyan hesab edir ki, əsas vəzifəsi orduda “dedovşina” hallarını sıfıra endirməkdən ibarətdir.

Gununsesi.info xəbər verir ki, bu barədə o, ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Nazirlik rəhbərinin sözlərinə görə, silahlı qüvvələrdə əsas problem intihar, intihar həddinə çatdırma və qətllərdir. Nazirin istinad etdiyi statistik məlumatlara görə, 2022-ci ildə ölkə üzrə yol qəzalarında 193, 2023-cü ildə isə 204 nəfər ölüb. Hərbçilərdə isə bu rəqəmlər müvafiq olaraq 17 və 12 nəfərdir.

O, həmçinin hərbi qulluqçuların ölümünə səbəb olan xəstəlikləri, qəzaları da xatırladıb.

“Ordu cəmiyyətin güzgüsüdür və orduda intihar halları orada mövcud problemləri əks etdirir. Amma gizlədə bilmərik ki, orduda ardıcıl iş aparılsa da, Silahlı Qüvvələrdə hələ də “dedovşina” davam edir və bizim vəzifəmiz onu azaltmaq, 2024-cü ildə sıfıra endirməkdir”, – o vurğulayıb.

Gununsesi.info