Ermənistanın müdafiə naziri qorxuya düşüb - "RUSİYANIN AZƏRBAYCANA SİLAH GÖNDƏRMƏSİ İRƏVAN ÜÇÜN TƏHLÜKƏDİR"

  • By admin
  • 28 İyun 2017 12:08

default

Rusiyanın Azərbaycana silah göndərməsi İrəvan üçün təhlükədir.

Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Viqen Sarkisyan iyunun 28-də keçridiyi mətbuat konfransında Rusiyanın bu günlərdə Azərbaycana göndərdiyi silahlar bağlı sualı cavablandırarkən deyib.

Erməni nazirin sözlərinə görə, bu baxımdan da İrəvan Rusiyanın Azərbaycana silah göndərməsini yaxşı qarşılamır: “Biz bununla bağlı dəfələrlə mövqeyimizi bildirmişik və mövqeyimizdə hər hansı dəyişiklik yoxdur”.

V.Sarkisyan onu da əlavə edib ki, istər Rusiya, istər İsrail silahı  Azərbaycana göndərilsin, bu bölgə üçün çox ciddi təhlükə mənbəyidir. “Çünki kim və hansı qərarı qəbul edəcəyini müəyyənləşdirmək olmaz”- deyə, erməni nazir vurğulayıb.

Mürtəza

Gununsesi.info