
İrəvanda sərxoş vəziyyətdə olan şəxs Ermənistan Müdafiə Nazirliyinə hücum edərək, avtomobilini nazirliyin inzibati binasının darvazasına çırpıb.
Gununsesi.info “news.am”a istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib.
Növbətçi zabit hadisəni törədən A.Yepremyanın avtomobilinə 8 dəfə atəş açıb. Sərxoş sürücü xəsarət almayıb.
A. Yepremyan saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.
Gununsesi.info