Ermənistanın Rusiyadakı səfiri Vardan Toqonyan Moskvada öz diplomatik missiyasını başa vurub.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumat səfirliyin rəsmi feysbuk hesabında paylaşılıb.
V.Toqonyan 2017-ci ildə Ermənistanın Moskvada səfiri təyin olunub. Onu bu vəzifədə ölkənin keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan əvəz edəcək.
Arutyunyanın Ermənistanın Rusiyada yeni səfiri təyin olunması barədə sərəncamı yanvarın 5-i ölkənin yenicə istefa vermiş Prezidenti Armen Sarkisyan imzalayıb.
Gununsesi.info