Ermənistanın şəhər meri qəbula gələn vətəndaşı bıçaqlayıb

  • By ilhame
  • 12 Yanvar 2024 23:05

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasının üzvü, Stepanavan şəhərinin meri qəbuluna gələn vətəndaşı bıçaqlayıb.

 

Gununsesi.info yerli mətbuata istinadən məlumatına görə, bu barədə vəkil Aleksandr Koçubayev bildirib.

 

“Stepanavanın meri şəxsi məsələ ilə müraciət edən vətəndaşın boğazını bıçaqla kəsməyə çalışıb. Müvəkkilim əmək qabiliyyəti haqqında arayış almaq üçün şəhər meriyasına daxil olub, merdən xahiş edib. Sonuncunun təhlükəsizlik işçiləri vətəndaşı döyüblər, bundan sonra mer bıçaqla onun boğazını kəsməyə cəhd edib.

 

Zərərçəkmiş polisə müraciət edib, lakin istintaq yubadılır və (onlar) maddi sübutları qəbul etmirlər”, -Koçubayev əlavə edib.

 

O, səlahiyyətli qurumları problemə diqqət yetirməyə çağırıb və səmərəli araşdırma aparılmasını tələb edib.