Ermənistan Xüsusi İstintaq Xidməti sabiq müdafiə naziri Seyran Ohanyana qarşı külli miqdarda dövlət vəsaitini israf etmək ittihamını irəli sürərək ondan başqa yerə getməmək barədə iltizam alıb.
Gununsesiz.info TASS-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi məlumatında qeyd olunub.
“İstintaqın məlumatına görə, 2010-cu ildə Müdafiə Nazirliyi qanunun tələblərini pozmaqla Dzora SES-in özəlləşdirilməsinə dair məxfi qərar hazırlayaraq həmin şirkətə 3,6 milyard dram məbləğində əmlakın ayrılmasını təsdiqləyib. Həmin əmlakın həqiqi dəyəri isə 4 646 400 min dram olub. Beləliklə, dövlətə 1 046 400 min dram məbləğində ziyan vurulub”, – Xidmətin açıqlamasında deyilir.
Qeyd edək ki, həmin məbləğ təqribən 2 milyon ABŞ dollarına uyğundur.
Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.
Gununsesiz.info