Ermənistanın sabiq nazirinə qarşı cinayət işi açılıb

  • By ilhame
  • 15 Fevral 2024 22:28

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vahan Kerobyana qarşı cinayət işi açılıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

Fevralın 14-də Ermənistanın iqtisadiyyat naziri vəzifəsindən azad edilən Vahan Kerobyan dövlət tender prosesində sui-istifadə halları ilə bağlı cinayət işi çərçivəsində ittiham olunur.

Ermənistanın İstintaq Komitəsi bundan əvvəl məlumat vermişdi ki, dövlət tender prosesində sui-istifadə halları ilə bağlı cinayət işi çərçivəsində 7 nəfərə, o cümlədən iqtisadiyyat nazirinin müavininə, iri İT şirkəti “Synergy”nin rəhbərinə qarşı ittiham irəli sürülüb. Həmin qalmaqala görə Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyan həbs olunub.

 

Fevralın 15-də Ermənistan İstintaq Komitəsi bu işdə səkkiz nəfərin ittiham olunduğunu, onlardan birinin artıq həbs edildiyini açıqlayıb.

 

Qeyd edək ki, Kerobyan 2020-ci ilin 26 noyabrında iqtisadiyyat naziri təyin olunub.

Gununsesi.info