Ermənistanın təhlükəsizliyini təmin edə biləcək ölkə və ya hərbi blok yoxdur - Paşinyan

  • By ilhame
  • 18 Sentyabr 2024 13:46

Dünyada Ermənistanın təhlükəsizliyini təmin edə biləcək ölkə və ya hərbi blok yoxdur.

 

Gununsesi.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan II Ümumdünya Erməni Sammitində deyib.

 

“Bölgədə sülh təmin olunarsa, Ermənistanın təhlükəsizliyi Ermənistan Respublikası tərəfindən təmin edilə bilər, çünki biz təhlükəsizlik təminatlarından danışanda, daha doğrusu yalnız bir təhlükəsizlik zəmanəti var – bu, sülhdür. Hökumətimizin siyasəti bunun nə qədər çətin olduğunu anlayaraq bu zəmanəti yaradıb”, – baş nazir bildirib.

Gununsesi.info