Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclasının keçirildiyi zalı tərk edib.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mirzoyan Bayramovdan əvvəl çıxış edib. Azərbaycan XİN rəhbərinin çıxışı başlayandan sonra Ermənistanın xarici işlər naziri erməni nümayəndə heyətinin nümayəndəsi qalsa da, Mirzoyan ayağa qalxaraq zalı tərk edib. Mirzoyan daha sonra zala qayıdıb.
Səid Əhmədli
Gununsesi.info