Ermənistanın Xüsusi İstintaq Xidməti Sarkisyanın əmlakına həbs qoyub

  • By admin
  • 19 Dekabr 2019 23:24

Xüsusi İstintaq Xidməti (XİX) Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın və “Fleş” şirkətinin rəhbəri Barseq Beqlaryanın 1 mln. dollar məbləğində əmlakına həbs qoyub.

Gununsesi.org xəbər verir ki, bu barədə XİX-in mətbuat xidməti məlumat yayıb.

Keçmiş prezidentə qarşı 1 mln. dollardan çox pulu mənimsəmə ittihami irəli sürülüb. Həmin iş üzrə “Fleş” şirkətinin rəhbərinə qarşı dövlətdən külli miqdarda pul oğurlamağa təhrik etmə ittihamı irəli sürülüb. Hər ikisinin barəsində ölkədən çıxmamaq barədə iltizam şəklində həbs qətimkan tədbiri seçilib.

 

Gununsesi.org